İqtisadiyyat

Azərbaycanda ÜDM-in artımı gözlənilir

Sharing is caring!

Azərbaycanda 2021-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) artım tempinə qayıdacaq.

Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair rəyində bildirilir.

Sənədə əsasən, əgər dünya bazarında Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulduğu kimi il üzrə ortalama 35 dollar qalarsa, bu zaman 2021-ci ildə ÜDM 3 faiz artacaq. 2020-ci ilin yenilənmiş proqnozuna görə, ÜDM 3,7 faiz aşağı düşəcək.

2021-ci ildə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1 faiz artacağı, neft sektorunda isə 3,0 faiz artımın proqnozlaşdırıldığı qeyd edilir.

ÜDM-in artım tempinin 2022-ci ildə 4,8 faiz, 2023-cü ildə 3,7 faiz, 2024-cü ildə isə 3,1% olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir