Dünya

Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu AÇIQLADI

Sharing is caring!

Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, məsələni G7 (Böyük Yeddilik) ölkələri və Kiyevə belə təhlükəsizlik zəmanəti verməyə hazır olanlar arasında müzakirə etmək lazım gələcək.

“Almaniya onlara daxil olan ölkələrdən biridir”, – deyə Şolts qeyd edib.

O, əlavə edib ki, bu təminatlar “NATO müqaviləsinin 5-ci maddəsinə uyğun olan təminatlara bənzəməyəcək”.

“Onlar konkret vəziyyətə uyğunlaşdırılmalıdır”, – deyə Almaniya kansleri bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir