Dünya

Nyu-Yorkda 76 milyon yaşı olan dinozavrın skeleti hərraca çıxarılır

Sharing is caring!

Tirannozavrın yaxın əcdadının skeleti iyulun 28-də “Sotheby’s”də hərraca çıxarılacaq.

Bu barədə “Associated Press” məlumat verib.

Skeleti hərraca çıxarılan qorqozavr ABŞ-ın qərbində və Kanadada Təbaşir dövründə yaşamış yırtıcı dinozavrdır. O, tirannozavrdan təxminən 10 milyon il əvvəl yaşayıb.

Bu nüsxə 2018-ci ildə Montanada tapılıb. Hündürlüyü 83 m, uzunluğu 22 m-ə çatır.

Qorqozavrların digər məlum olan skeletləri muzeylərdə saxlanılır, bu, fərdi şəxs tərəfindən satın alına biləcək yeganə nüsxədir.

“Sotheby’s” skeletin hərrac qiymətini 5-8 milyon dollar arasında qiymətləndirir.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir