İdman

Çempionlar Liqası: Yeddi oyunda dörd qolsuz heç-heçə

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.

4 oyun qolsuz heç-heçə ilə başa çatıb, digər 3 qarşılaşma isə ev sahiblərinin qələbəsi ilə bitib.

Cavab görüşləri iyulun 12-si və 13-də keçiriləcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

“Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan) 0:0

“Budye Qlimt” (Norveç) – “Klasksvik” (Farer adaları) 3:0

HIK (Finlandiya) – RFŞ (Latviya) 1:0

“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya) 1:0

“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) 0:0

“Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus) 0:0

“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) 0:0

Qeyd edək ki, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” Polşada “Lex”ə 0:1 hesabı ilə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir