Siyasət

Anar Quliyev: “Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra çox böyük bir yol keçib”

Sharing is caring!


“Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra çox böyük bir yol keçib”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, son 3 onillikdə Azərbaycan özünü daxili iğtişaşlar və dağıdıcı münaqişə ilə əhatə olunmuş aşağıgəlirli ölkədən ortagəlirli ölkəyə çevirə bilib:

“Nəzərəçarpacaq iqtisadi artım və rifah artımı əldə edib.  Yoxsulluq 49%-dən 5%-ə düşüb. Savadlılıq nisbətimiz 100%-ə yaxındır. Azərbaycan “Dayanıqlı İnkişaf Hesabatı 2022”nin ümumi DİM İndeksində 73,5 balla 163 ölkə arasında 50-ci yerdədir ki, bu da regionda ən yaxşı nəticədir. Hökumətimiz 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasına nail olmaq öhdəliyi ilə Paris Sazişini ratifikasiya edib.

Ölkəmiz regionumuzda 2030-cu il gündəliyinin icrasına dair 3-cü Könüllü Milli İcmal Hesabatını təqdim edən 1-ci ölkədir və biz 2024-cü ilə qədər Bakı üçün Könüllü Yerli İcmal və Qarabağ Regionu üzrə Könüllü İcmal hazırlamaq niyyətindəyik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir