Dünya

ABŞ-də “qəbilə miqrasiyası” panikası – VİDEO

Sharing is caring!


ABŞ-nin Meksika ilə sərhədini keçərək Texas ştatının İql Pass şəhərinə axışan 4 min immiqrant çətin vəziyyətdə qalan şəhəri fövqəladə vəziyyət elan etməyə məcbur olub.

Sərhəd Patrul xidmətinin mənbələrindən verilən məlumata görə, bu miqrantlar son bir həftə ərzində təslim olmuş 7,5 minə yaxın digər miqrantlara qoşulublar. Gələn immiqrantların sayı şəhər əhalisinin yarısına yaxındır.

Səlahiyyətlilər, bu artımın 2021-ci ilin sentyabrından, 15 min haitili immiqrantın qonşu Texas ştatının Del Rio şəhərindəki körpünün altında düşərgə saldığı vaxtdan bəri ən böyük artımın müşahidə olunduğunu bildiriblər. Həmin hadisə böyük humanitar böhrana səbəb olub.

Bələdiyyə sədri Rolando Salinas əsasən Venesueladan olan insan izdihamının sığınacaq axtaranların qəbul edildiyi “Mission Border Hope” sığınacağına hücum etdiyini söyləyib.

“Problem ondadır ki, bu immiqrantların çoxu subay kişilərdir və onlar təlimatlara tabe olmayaraq müəssisəni tərk edirlər”, – deyə R. Salinas bildirib.

O, həmçinin keçən həftə olan kütləvi axının – şəhərin 29 minlik əhalisinin 50 faizinə yaxınının yerli resurslara, xüsusən də yerli polis qüvvələrinə və yanğınsöndürmə idarəsinə ziyan vurduğunu qeyd edib.

Sərhəd mənbələri immiqrantların qeydiyyatının adətən iki gün çəkdiyini, lakin bu böyük axın səbəbindən bu işlərin daha uzun çəkə biləcəyini bildiriblər. Bu müddət ərzində bütün immiqrantlar nəzarət altında saxlanılmalıdır ki, bu da səlahiyyətlilər üçün problemə çevrilir.

Digər bir mənbədən verilən məlumata görə isə İql Passda saxlanılanlar arasında Texasda başqa bir adamın ölümündə ittiham olunan 64 yaşlı perulu immiqrant Roberto Emilio Vasquez-Santamariya da var.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir