Cəmiyyət

Biləsuvarda yük avtomobili ilə vurulan atlı ağır xəsarət alıb

Sharing is caring!

Biləsuvar rayonunda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, rayonun Ağayrı kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynov Xanhüseyn Hüseyn oğlu atla yolu keçərkən “KamAZ” markalı yük avtomobili onları vurub.

Qəza nəticəsində at tələf olub, X. Hüseynov isə ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir