Cəmiyyət

Münasibətlərimizin tarixi zəngindir

Sharing is caring!

          Qırğız Respublikasının Prezidenti Sadir Japarovun Azərbaycana səfəri bir daha onu göstərir ki, iki ölkə  arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur. Səfər çərçivəsində imzalanmış sənədlər  mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır.

       Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycan-Qırğız münasibətlərinin də tarixi kökləri var, mədəni əlaqələrin tarixi çox qədimlərə gedib çıxır.

        Qırğız prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində səmərəli görüşlər təşkil olundu. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında və orta məktəbbinasının təməlinin qoyulmasında iştirak etdilər, Ağdam Konfrans Mərkəzi ilə tanış oldular. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

         Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və bu tərəfdaşlıq hər gün yeni məzmunla zənginləşdirilir. Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir Artıq Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən, yüksək texnologiyalar sahəsində əlaqələrdən tam razıyıq. Əminik ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq.

       Prezident İlham Əliyevin bəyanatında deyildiyi kimi, biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.. Beləliklə, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq. Hər şeydən aydın görünür ki,  Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək, səfər zamanı iki ölkə arasındakı münasibətlər yeni impuls verəcək və dostluq əlaqələri daha da dərinləşəcək. Bu, eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Sevinirik ki, Azərbaycan həm yerləşdiyi coğrafi məkana, həm də düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində təqdim etdiyi inkişaf modelinə görə qırğız xalqının da diqqətindədir.

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir