Dünya

Aİ Rusiyaya qarşı sanksiyaların yeddinci paketini hazırlamağa çağırıb

Sharing is caring!

Estoniyanın xarici işlər naziri Eva-Mariya Liymets Moskvaya iqtisadi təzyiqi artırmaq üçün Avropa İttifaqını (Aİ) anti-Rusiya sanksiyalarının yeddinci paketini hazırlamağa çağırıb. Bu barədə ERR milli yayım portalı məlumat yayıb.

“İndi Avropa İttifaqı yeni sanksiyaların qəbulunda müstəsna birlik nümayiş etdirib. Hazırda isə altıncı sanksiyalar paketini qəbul etdikdən sonra dərhal irəliləməyə başlamamız çox vacibdir”, – deyə o qeyd edib.

Liymetsin fikrincə, yeni tədbirlər Rusiya iqtisadiyyatının əvvəllər təsir altına düşməmiş sektorlarını əhatə etməlidir.

Bu arada, Avropa İttifaqı anti-Rusiya sanksiyalarının altıncı paketi üzərində işləməyə davam edir və onun mayın 9-da başa çatdırılması planlaşdırılır. Çərşənbə günü, mayın 4-də avropalı diplomatlar Aİ-nin bütün 27 üzvü tərəfindən yekdilliklə təsdiq edilməli olan yeni restriksiyaları  müzakirə ediblər.

Müzakirələr zamanı Macarıstan Rusiya neftinin mərhələli şəkildə dayandırılması tarixləri ilə bağlı etiraz bildirib, xarici işlər naziri Peter Siyarto isə bu təklifin ölkənin enerji təhlükəsizliyinə xələl gətirəcəyini söyləyib. Slovakiya isə Aİ-dən bu prosesin üç il müddətinə təxirə salınmasını istəyib. Məsələ ilə tanış olan diplomatlar bildiriblər ki, blok həftənin sonuna və ya ən geci mayın 9-na kimi sanksiyalar paketini yekunlaşdırmağı hədəfləyir.

Berlin Rusiyadan neftin mərhələli şəkildə dayandırılması üçün təklif olunan qrafiki dəstəkləyib.

“Keçid dövrü kifayət qədər uzundur ki, biz bu müddətdə Almaniyada Rusiya neftinə alternativ yaratmaq üçün bütün tədbirləri görə bilək”, – deyə Almaniyanın iqtisadiyyat naziri Robert Habek vurğulayıb.

Bundan əlavə, altıncı sanksiyalar paketi Aİ rezidentləri istisna olmaqla, Rusiya vətəndaşları, rezidentləri və hüquqi şəxsləri ilə daşınmaz əmlak əməliyyatlarını qadağan edəcək.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir