Cəmiyyət

DİN tədbirləri davam etdirir: Silah-sursat təhvil verildi – FOTO

Sharing is caring!


Ağcabədi rayonunda sakinlərdən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindən bir ədəd yivli silah tapılaraq müvafiq qaydada götürülüb.

Bundan əlavə qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsinin təmin olunması istiqamətində də profilaktiki tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən daha iki müxtəlif kalibrli odlu silah da təhvil götürülüb.

Quba polisi xeyli sayda sənədsiz silah-sursatı təhvil götürüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı rayon sakini E.Mirzəyev yol kənarından tapdığı bir ədəd “AK-74” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, dörd ədəd qumbara, iki ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan bir ədəd sep və bir ədəd patron qutusunu könüllü olaraq Quba RPŞ-ə təqdim edib.

Bundan başqa keçirilən profilaktiki tədbirlərin nəticəsində bir ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Zərdab rayonunda qanunsuz olaraq saxlanılan odlu silahlar könüllü olaraq polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər zamanı bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir