Mədəniyyət

Ramiz Əzizbəylinin doğum günüdür – VİDEO

Sharing is caring!

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A.Əliyev adına ADİİ-nin mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Xalq artistinin səhhətində uzun müddət problemlər olub. O, üç dəfə insult keçirib. Yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib. Koronavirusa yoluxan sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Və orada olduğu müddətdə infarkt keçirib.

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə vəfat edib, Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Xalq artistinin ötən il vəfatından öncə Baku Tv-yə verdiyi müsahibəni oxuculara təqdim edirik: 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir