Cəmiyyət

29 il əvvəl 54 gün erməni mühasirəsində qalan azərbaycanlılar haqqında sənədli film çəkilir – VİDEO

Sharing is caring!

1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı “Global Media Group”un dəstəyi ilə film çəkilişi həyata keçirilib.

“Report” xəbər verir ki, “Parabüzən” adlı sənədli ekran əsərinin baş qəhrəmanları 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə – Kəlbəcər və Laçın rayonlarına baş çəkiblər.

Ziyarət 19 nəfərin mühasirəyə düşdüyü yer – Kəlbəcərin Çaykənd kəndindən başlayıb, mühasirədə qaldıqları ərazi Laçının Oğuldərə kəndinə qədər davam edib.

Çəkiliş qrupu Oğuldərədən təxminən 10 km aralıda yerləşən dağlara qalxıb, məlum qrupun vaxtilə sığındıqları ev və kahalarda çəkilişlər aparıblar.

Səfər üzvləri necə mühasirəyə düşdükləri, 54 gün ərzində düşməndən necə gizlənmələri, düşmənin mühasirəsini hansı qaydada yardıqlarına dair xatirələrini bölüşüblər.

Çəkilişlər sakinlərin mühasirəni yardıqları yer Laçının Güləbird kəndində yekunlaşıb.

Ziyarətdə “Report” İnformasiya Agentliyinin redaktoru, mühasirədə qalmış, Birinci Qarabağ müharibəsinin veteran Əli Əliyevin oğlu İmdad Əlizadə də iştirak edib. O və filmin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev qrupunun uzun müddət mühasirədə qaldığı ərazidə hazırlanan film haqqında qısa müsahibə də veriblər. Məlumat üçün deyək ki, 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı barəsində çəkilmiş “Parabüzən” adlı sənədli film tezliklə geniş ictimaiyyətə 2 dildə təqdim olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir