İdman

Emin Mahmudov: “Belçika ilə oyunda yaxşı nəticə qazanmaq istəyirik”

Sharing is caring!


“Çox yaxşı komandaya qarşı mübarizə aparacaq. Yaxşı nəticə qazanmaq istəyirik”

“Report”un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi bütün oyunçuların görüşə hazır olduğunu bildirib: “Ümid edirəm ki, yaxşı nəticə də qazanacağıq”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir