Dünya

Trampın rəqibi ilkin seçkidə qalib gəldi

Sharing is caring!


ABŞ prezidentliyinə seçkidə Respublikaçılar Partiyasını təmsil etmək hüququ uğrunda mübarizədə Donald Trampın əsas rəqibi olan Nikki Heyli seçkinin ilkin mərhələsində qələbə qazanıb. Heyli 19 nümayəndənin hamısının səsini toplayıb.

Səsvermə ABŞ paytaxtı Vaşinqtonda (rəsmi adı Kolumbiya dairəsidir, Vaşinqton ştatı ilə qarışdırılmamalıdır – red.) keçirilib.

Səslərin 100 faizi hesablanıb və nəticələrə görə, Heyli 62,8 faiz, Tramp isə 33,3 faiz səs toplayıb.

Mənbə: RBC.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir