Dünya

Adnan Oktarın cinayət işi ilə bağlı yeni iddia qaldırıldı: 200 vəkillə birlikdə… – FOTO

Sharing is caring!


Türkiyədə Adnan Oktar mütəşəkkil cinayət təşkilatının hazırkı strukturunun və fəaliyyətinin ifşa edilməsi üzrə istintaq yekunlaşıb.

Məlum olub ki, Adnan Oktar silahlı cinayət təşkilatı öz üzvlərini təşkilat daxilində saxlamaq və aşkarlanan üzvlərini yeniləri ilə əvəz etmək üçün çox sayda vəkilin köməyindən istifadə edib.

İstanbul Respublika Prokurorluğunun hazırladığı ittihamnamədə yer alan məlumata görə, Oktar həbsxanada olarkən 15 gün kimi qısa müddətdə “hüquqi yardım” adı altında 200-ə yaxın vəkillə görüşüb və təşkilatın fəaliyyətini davam etdirib. İstintaq çərçivəsində bununla bağlı 20 nəfər barəsində şübhəli şəxs kimi iddia qaldırılıb.

Bildirilib ki, Adnan Oktar həbsdə olduğu müddət ərzində təşkilatçılıq fəaliyyətini davam etdirmək üçün vəkilləri vasitəsilə lazımi şəxslərə təlimatlar göndərib. Həmçinin digər təşkilat rəhbərlərinin köməyindən istifadə edərək məhkəmə prosesinin qurma olduğu ilə bağlı ictimai rəy yaratmaq və siyasi lobbi dəstəyi almaq istəyib.

Həmçinin qeyd edilib ki, Adnan Oktar xüsusilə daxildə və xaricdə olan təşkilat üzvləri üzərində təsir gücünü də qüvvədə saxlamağa çalışıb.

Mənbə: Takvim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir