İdman

Ukraynalı yarımmüdafiəçi “Çelsi”yə qoşuldu – FOTO

Sharing is caring!

Ukrayna millisinin yarımmüdafiəçisi Mixaylo Mudrik Premyer Liqada çıxış edəcək. O, Donetsk “Şaxtyor”unu London “Çelsi”sinə dəyişib.

Bu barədə İngiltərə klubu məlumat yayıb.

Ukraynalı cinah yarımmüdafiəçisi “zadəganlar”la müqavilə imzalayıb. Londonlular “Şaxtyor”un yetirməsi uğrunda mübarizədə “Arsenal”dan daha üstün təklif irəli sürüblər.

Bildirilir ki, Mudrik “Çelsi” ilə 8,5 illik müqavilə imzalayıb. Transferin məbləği rəsmi olaraq hələlik açıqlanmayıb.

Hərçənd, “Şaxtyor”un mətbuat xidmətinin məlumatına görə, klub oyunçunun transferinə görə “Çelsi”dən 70 milyon avro alacaq. Daha 30 milyon avro isə bonus olaraq veriləcək.

Onu da bildirək ki, Mudrikin transferi Ukrayna futbolu tarixində ən bahalı transfer olub. Bundan əvvəlki rekord 2018-ci ildə “Şaxtyor”dan İngiltərənin “Mançester Yunayted”inə 59 milyon avro qarşılığında keçən braziliyalı Fredə məxsus olub.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir