Xarici siyasət

Artıq ərinə 16 min aliment ödəməyəcək

Sharing is caring!

54 yaşlı aktrisa Holli Berri keçmiş əri Qabriel Obriyə ödədiyi alimenti yarıya endirib.

Xəbəral.az xarici KİV-nə istinadən xəbər verir ki, Qabriel bundan sonra ondan 8 min dollar alacaq. Buna səbəb Berrinin alimenti çox və qaydaların köhnəldiyini iddia etməsi olub.

2006-cı ildə evlənən cütlüyün 13 yaşında Nala adlı qızı doğulub. Ayrılan zaman cütlük qızlarının qəyyumluğu uğrunda mübahisə etmişdi. 2014-cü ildə hakim Berrinin qızı üçün Qabrielə hər ay 16 min dollar ödməsi qərarını verib. Buna səbəb Hollinin ildə 1,95 milyon dollar qazanması olub.

Hazırda aktrisa qızının oxuduğu özəl məktəbin xərclərini və sığorta pulunu ödəyəcək. Onlar bütün xərcləri bölüşmək qərarı veriblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir