Dünya

İstanbulda “keçmiş sevgililər bazarı” təşkil edildi – FOTO

Sharing is caring!


Türkiyədə İstanbulun Nişantaşı rayonunda 14 Fevral Sevgililər Gününə bir neçə gün qalmış “keçmiş sevgililər bazarı” təşkil edilib.

Keçmiş sevgililərinin əşyalarını satmaq istəyənlər məhsulların üzərinə maraqlı qeydlər qoyaraq piştaxtalarda satışa çıxarıblar.

Keçmiş sevgililərinin əşyalarını piştaxtada satdığını bildirən Yiğit Sahur, indiki sevgilisi ilə bunu sosial şəbəkələrdən birində gördüklərini qeyd edib.

“Onunla danışıb, digər keçmiş əlaqələrimizdən qalan əşyaları yığıb bura gəldik və satmağa başladıq. Sevgilimlə məhsulların üzərinə bəzi qeydlər yazmışıq, bəzi məhsullar isə dostlarımızın köhnə münasibətlərindən qalıb”, – deyə Sahur qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir