Dünya

Məşhur hindistanlı aktyor çəkiliş meydançasında boğularaq ölüb

Sharing is caring!


“Anjathe” filmində iştirak etdikdən sonra geniş populyarlıq qazanan hind aktyoru Şridhar 63 yaşında çəkilişlər zamanı vəfat edib.

Qeyd olunub ki, aktyor son bir neçə gündür şiddətli öskürəkdən əziyyət çəkirmiş. Çəkiliş zamanı Şridhar yenidən özünü pis hiss edib, bundan sonra o boğulmağa başlayıb. Nəticədə onu xilas etmək mümkün olmayıb.

Yeni filmdə Şridhar rejissor kimi çıxış edib – bu, onun debüt işi olmalı idi.

Hazırda onun ölümünün səbəbləri araşdırılır.

Mənbə: India Herald

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir