İdman

Emin Mahmudov: “Rəqibə öz oyunumuzla cavab verməliyik”

Sharing is caring!


“Jelezniçar”ı artıq daha yaxından tanıyırıq. Öz oyunumuzu göstərərək meydandan qələbə ilə ayrılmaq istəyirik”.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

Təcrübəli yarımmüdafiəçi ilk matçda rəqibin vaxt uzatmasına münasibət bildirib:

“Mərhələ adlayacağımıza inanıram. Rəqibə öz oyunumuzla cavab verməliyik. Rəqib oyunçularının ilk görüşdə vaxt uzatmalarına gəlincə, hesabda önə keçdiyimiz zaman vaxt uzatmağı xoşlamıram. Nə rəqibin, nə də bizim bunu etməyimizi istərdim. Çempionat oyunlarımızda da belə hallar olub”.

O, indidən növbəti mərhələ barədə düşünmədiklərini vurğulayıb:

“Növbəti mərhələdə kiminlə düşməyin bizim üçün fərqi yoxdur. Əsas sabahkı oyundur. İlk növbədə bu mərhələni keçək, sonra növbəti raund barədə düşünmək olar”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək. Bosniya və Herseqovinadakı ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir