Cəmiyyət

Goranboyda oğurluq edən maskalı şəxslər saxlanılıblar

Sharing is caring!


Goranboyda oğurluq edən maskalı şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunur ki, Goranboy Rayon Polis Şöbəsinə yanvar ayın ikisində rayonun Qaradağlı kəndində yerləşən ərzaq mağazasına iki nəfər maskalı şəxsin qeyri-qanuni yolla daxil olması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər mağazanın qapısını sındıraraq içəri daxil olub, oradan 250 manat nağd pul, 2 000 manat dəyərində tütün və ərzaq mallarını oğurlayıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin rayonun Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Qafarov olduqları müəyyən edilib və həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir