Dünya

Onkoloq ürək xərçənginin əlamətlərindən danışıb

Sharing is caring!


Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişilərdə diaqnoz qoyulur və xəstəlik uzun müddət simptomsuz keçir. Bu barədə Rusiya Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova məlumat verib.

“Ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir. Endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atrium və perikarda təsir göstərir. Çox vaxt patoloji 45 yaşdan yuxarı kişilərdə diaqnoz qoyulur”, – Oleynikova bildirib.

Həkim əlavə edib ki, angiosarkoma nadir xəstəlikdir, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində bu, 0,2% təşkil edir.

Xəstəlik əksərən gec mərhələlərdə diaqnoz qoyulur, çünki uzun müddət simptomsuz keçir və exokardioqrafiyadan keçən zaman kiçik şişlər görünməyə bilər. Bəzən isə xəstəliyin simptomların qeyri-spesifikliyi səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir. Tipik olaraq, xəstələr qolların və ayaqların şişməsindən, qarnın böyüməsindən, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, yüksək təzyiqdən, şiddətli zəiflikdən və gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən şikayət edirlər.

“Angiosarkomanın dəqiq səbəbləri müəyyən edilməyib. Bununla belə, xəstəliyin inkişafında genetik faktorların iştirak etdiyi güman olunur. Ona görə də, əgər birinci dərəcəli qohumlarında angiosarkoma aşkarlanıbsa, xəstə 25-30 yaşından etibarən kardioloqun nəzarətində olmalı və daha tez-tez ürək müayinəsindən keçməlidir”, – deyə onkoloq yekunlaşdırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir