Dünya

Bayden məşhur müğənnini seçki kampaniyasına cəlb etmək niyyətindədir – FOTO

Sharing is caring!


ABŞ Prezidenti Co Baydenin köməkçiləri qarşıdan gələn prezident seçkisində müğənni Teylor Sviftin dəstəyinə ümid edirlər. Belə ki, onun vəsait toplanması üçün çağırışı yenidən seçki kampaniyasında böyük əhəmiyyət kəsb edə bilər.

Bu barədə “Fox News” telekanalının xəbərində bildirilib.

“Xanım Sviftin vəsait toplanması üçün çağırışı cənab Baydenə milyonlarla dollara başa gələ bilər”, – deyə telekanal qeyd edib.

“Fox”un məlumatına görə, müğənni artıq 2020-ci ildə Baydeni dəstəkləyib, lakin 2024-cü il seçki yarışı haqqında rəsmən açıqlama verməyib. Eyni zamanda, vurğulanıb ki, Sviftin keçmiş prezident Trampı sərt tənqid etməsi nəzərə alınarsa, onun kimi dəstəkləyəcəyi kifayət qədər aydındır.

Xatırladaq ki, bundan əvvəl Pentaqonun nümayəndəsi Sabrina Sinqx müğənni Teylor Sviftin ABŞ Müdafiə Nazirliyinə işləməsi ilə bağlı xəbərləri təkzib edib.

Həmçinin daha əvvəl Boulinq-Qrin Dövlət Universitetinin politologiya üzrə professoru Devid Cekson Teylor Sviftin 2024-cü ildə prezident seçkisi zamanı Co Bayden üçün faydalı ola biləcəyini demişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir