İdman

Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Sharing is caring!


Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan millisinin də qatılacağı qitə birinciliyində 16 komanda mübarizə aparacaq.

İyunun 1-8-i aralığında təşkil olunacaq turnirdə millimizlə yanaşı, Türkiyə, İngiltərə, Polşa, İspaniya, İtaliya, İrlandiya, Fransa, Almaniya, Gürcüstan, Ukrayna, İsrail, Yunanıstan, Belçika, Niderland və Şotlandiya komandaları da qüvvələrini sınayacaqlar.

Martın 16-da Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Komandalar hərəsində dörd iştirakçı olmaqla dörd qrupda yer alacaqlar.

Qeyd edək ki, 2017 və 2021-ci illərdə keçirilən ilk iki Avropa çempionatının qalibi Türkiyə millisi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir