İqtisadiyyat

Bazarda kartof bolluğu var: Yerli məhsul gəlmədən bahadır – VİDEO

Sharing is caring!


Paytaxt bazarlarında hazırda kartof məhsulu bolluğuna görə digərlərindən fərqlənir. Yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin çoxalacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb.

Ekspertlər qeyd edirlər ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir.

Xezerxeber.az-ın məlumatına görə, bazarlarda məhsul bol, qiymət isə fərqlidir. Kartofun kiloqramı 60 qəpik – 1 manat 20 qəpik arasında dəyişir.

Amma alıcıların bəzisi marketdə məhsulun daha ucuz olmasını qeyd edir, digəri çeşidlənmənin keyfiyyətindən, bir qismi də qiymətdən narazılıq edir.

Satıcılar isə kartofun ucuz olduğunu, bölgələrdə bu il məhsulun daha bol olduğunu deyirlər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından dörd milyon dollar azdır.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda ixracın son dönəmlər azalması təkcə bu ilin doqquz ayında deyil, eyni tendensiya ilin altı ayında və ötən il də müşahidə edilib.

Ekspert qeyd  edib ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, bazar tələb-təkliflə nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat düşür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir