Dünya

Müharibə zamanı Ukraynadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynanın cəbhədən kənar bütün şəhərləri dron hücumlarına məruz qalıb:

“Əsasən İran istehsalı olan dronlardan hücumlar edilib. Onlar Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilib”.

Qeyd edilib ki, müharibə müddətində Ukraynaya buraxılmayan və bu ölkədən deportasiya olunan, o cümlədən Ukraynada yaşamaq icazəsi alan Azərbaycan vətəndaşlarının sayı məlum olub:

“Belə ki, Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 2022-ci ilin fevralın əvvəlindən 2023-cü ilin dekabrına qədər 829 Azərbaycan vətəndaşı Ukraynaya buraxılmayıb. Bunlardan 597 nəfəri ötən ilin, 222 nəfər isə bu ilin payına düşür. Müharibə dövründə 80 Azərbaycan vətəndaşı Ukraynadan deportasiya olunub. Bunlardan 54 nəfəri ötən ilin, 26 nəfər isə bu ilin payına düşür. Bundan başqa, bu müddət ərzində 1 397 Azərbaycan vərtəndaş Ukraynada daimi, 2 792 nəfər isə müvəqqəti yaşamaq icazəsi alıb”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir