Dünya

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayırlar

Sharing is caring!

Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün blits yarışlarına start veriləcək.

“Report”un məlumatına görə, kişilərin mübarizəsində 12 tur, qadınların duelində 9 tur oynanılacaq.

Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edirlər.

Qeyd edək ki, mükafat fondu 1 milyon ABŞ dolları olan dünya çempionatı dekabrın 30-da başa çatacaq. Ötən gün rapid növündə qaliblər müəyyənləşib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir