Dünya

İranda məktəb müdiri azyaşlı qızı hicaba görə döyüb – FOTO

Sharing is caring!


İranın paytaxtı Tehranda qızlar məktəbində 11 yaşlı bir qız məcburi hicaba riayət etmədiyi üçün məktəb müdiri tərəfindən döyülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, hadisədən sonra azyaşlı qızcığaz təşviş pozuntuları keçirib və bir neçə həftədir ki, məktəbə getmir.

“Hadisə baş verən gün idman dərsi bitdikdən sonra qızım əşyalarını toplamağa başlayıb, təsadüfən baş örtüyü düşüb. Bunu görən məktəb müdiri qızıma hücum edib və onu boynundan vurub”, – deyə 11 yaşlı qızın anası bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir