Cəmiyyət

Xidmət rəisi: “Müəyyən sahələrdə boşluqlar olan kimi binalar tikiblər”

Sharing is caring!

“Son illər aparılan tikinti layihələrinin böyük əksəriyyətində yaşıllıqların salınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bunu 10-15 il öncə aparılmış tikintilərə şamil etmək olmaz:

“Keçmişdə müəyyən sahələrdə boşluqlar olan kimi binalar tikiblər. Nəinki yaşıllığın qorunması, hətta bəzən iki bina arasındakı məsafə tələbinə belə riayət olunmayıb. Lakin indi onlarla bağlı hansısa tədbir görmək mümkün deyil. Ən azından bu gün və bundan sonra buna əməl edilməsi vacib məsələdir. Çalışırıq ki, bunu təmin edək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir