Dünya

Novosibirsk sakinlərindən uşaqları xilas edən azərbaycanlı üçün JEST – FOTO

Sharing is caring!


Rusiyanın Novosibirsk şəhəri sakinləri Azərbaycandan olan Rza Rzayev üçün 70 min rubldan çox (təxminən 1400 manat) pul toplayıblar.

O, yanvarın 17-də istilik magistralında qəza zamanı onlarla insanı xilas edib.

Şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su fontan vurub. Sonradan məlum olduğu kimi, qəza nəticəsində 14 nəfər yaralanıb.

Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından keçid düzəldib, sonra isə insanların ondan istifadəsinə köməklik edib. O, uşaqları qucağında keçirib.

Hekayə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi məqsədilə pul yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait gediş-gəliş biletləri və qızlara hədiyyələr üçün kifayət edəcək.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir