Dünya

Türk Hava Yollarına məxsus təyyarənin nasazlığı səbəbindən 500-dən çox insan Vnukovo hava limanında qalıb

Sharing is caring!


Türk Hava Yollarına məxsus təyyarənin 500-dən çox sərnişini sentyabrın 25-nə keçən gecə Moskvadan Antalyaya uçmalı idi, lakin təyyarəyə minmə zamanı onlara təyyarənin xarab olması və uçuşun gecikməsi xəbəri verilib.

Məlumata görə, hazırda insanlar hava limanında 12 saatdan çox gözləyirlər. Hoteldə hava yollarının təklif etdiyi yerlər hamı üçün kifayət qədər deyil.

“Avtobus, hotel yoxdur, uşaqlar qucaqlarda yatırlar. Oturmağa yer belə yoxdur, biz yerdə oturmuşuq”, – deyə sərnişinlər bildiriblər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir