Dünya

Silahlı “Coker” və “Betmen” Ekvadorda görüntüləniblər – VİDEO

Sharing is caring!


Ekvadorda ölkədə kriminal vəziyyət pisləşdikdən sonra “Coker” və “Betmen” paltarı geyinmiş silahlı şəxslər peyda olublar. Yerli telekanallardan biri hətta kospleyerlərdən müsahibə götürüb. Sosial şəbəkələrdə “bəzəkli” respondentlərin videosu yayılıb.

Videogörüntülərdə yaşıl saçlı, parlaq paltar geyinmiş və makiyajlı bir adam jurnalistlə söhbət edir. Əlində avtomat olan həmin adam vaxtaşırı onu yenidən doldur. Kospleyer “Coker”in səsini təqlid etməyə və onun qəhrəmanına xas olan tərzdə dəlicəsinə gülməyə çalışır.

Yarasa kostyumlu adam isə jurnalistlərə az danışıb. “Betmen” yaşıl saçlı yoldaşının arxasında aqressiv hərəkətlər edir. Adamın əlində silah var və onu “Coker”ə tuşlayır. Kospleyerlər kamera qarşısında döyüş səhnəsi göstərir və məşhur komikslərdəki orijinal personajlar kimi qarşılıqlı əlaqə yaratmağa çalışırlar.

Mənbə: 360tv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir