Dünya

Riqada BBC əməkdaşlarına qumbara atıldı – FOTO

Sharing is caring!


Riqada BBC telekanalının rus xidmətinin əməkdaşları ziyafətdə olarkən onlara təlim qumbarası atılıb.

Hadisə Riqanın “Ce” barında baş verib.

Bu zaman müəssisədə jurnalistlərdən başqa, demək olar ki, ziyarətçi qalmayıb.

Naməlum şəxs qapını açaraq içəriyə boylanıb və təlim qumbarasını zalda dayanan jurnalistlərin ayağı altına atıb. Partlayış sonrası bir neçə nəfər eşitmə qabiliyyətini müvəqqəti itirib.

Hücum edənin ardınca küçəyə çıxanlar onun qara rəngli BMW markalı avtomobillə qaçdığını bildiriblər. Jurnalistlər avtomobilin dövlət nömrə nişanını lentə alıblar.

Hazırda polis əməkdaşları hadisəni araşdırır. Jurnalistlər hücumun onların peşə fəaliyyəti ilə bağlı olduğunu düşünürlər.

Mənbə: novayagazeta.eu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir