Cəmiyyət

Külək və yağış Gəncədə infrastruktura ziyan vurub

Sharing is caring!


Külək və yağış Gəncədə infrastruktura ziyan vurub.

Bu barədə APA-ya Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov deyib.

İlqar Əsədov bildirib ki, dünən qərb bölgəsində baş verən güclü külək və yağış Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan vurub: “Səhər saat 8-ə olan məlumata görə 12 yaşayış binasının dam örtüyünü tam və ya qismən dağılıb. Bundan başqa, şəhərin yaşıllıq təsərrüfatına da ciddi zərər dəyib. Belə ki, 39 ədəd iri və xırda gövdəli ağaclar küləyin nəticəsində aşıb. Bu zaman səkilərə və bardürlərə, yol təsərrüfatına da ziyan dəyib. Küçə və prospektlərdə məhəccər və hasarlar aşıb, bunun nəticəsində də vətəndaşların beş avtomobili zədələnib”.

Onun sözlərinə görə, küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib: “Dünən güclü küləkdə səkkiz işıq dirəyi sıradan çıxıb. Gecə təcili olaraq Gəncə icra hakimiyyəti yanında fövqəladə hallar komissiyasında qərargah yaradılıb və gecə ərzində küləyin fəsadları aradan qaldırılıb”.

Gəncənin mərkəzində olan süni küknar ağacının aşmasına münasibət bildirən MKTİB rəsmisi qeyd edib ki, küknar ağacı bərkidilsə də, küləyin güclü olması dəmir konstruksiyanı yıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir