Cəmiyyət

Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Sharing is caring!


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatına əsasən 23-də günün ikinci yarısından ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

Xidmətdən verilən xəbərə görə, qərb küləyi bəzi yerlərdə arabir güclü olub.

Qar örtüyünün hündürlüyü Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3, Kişçayda (Şəki) 1 santimetr olub.

Düşən yağıntının miqdarı Ordubadda 12 millimetr, Daşkəsən, Şəkidə 7, Gədəbəydə 6, Gəncə, Şəmkir, Göygöl, Balakən, Tovuz, Qax, Ordubad, Şahbuz, Mingəçevir, Yevlax, Naftalan, Ceyrançöl, Ağstafa, Zaqatala, Culfa, Sədərək, Naxçıvan, Şərurda 5 millimetrədək olub.

Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, Ağstafa, Kəlvəzdə 25 m/s, Göyçay, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Zərdabda 22 m/s, Cəfərxan, Neftçala, Şahdağ, Şəki, Culfada 20 m/s, Şəmkir, Göytəpə, Lənkəran, Beyləqan, Cocuqmərcanlı, Naxçıvanda 18 m/s, Sabirabad, Altıağac, Ceyrançöldə 17 m/s, Biləsuvar, Şabran, Gədəbəydə 16 m/s, Kürdəmirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir