Təhsil

Yevlax məktəbində BİABIRÇILIQ: Direktor və qızı müəlliməni DÖYDÜ – İLGİNC İDDİA

Sharing is caring!

Son zamanlar Azərbaycan təhsilində baş verənlər sözün əsl mənasında həyəcan təbili çalmağın vaxtı yetişdiyini deməyə əsas verir. Belə ki, məktəbəqədər təhsil müəssisələrində tez-tez uşaqların tərbiyəçilər tərəfindən döyülməsi, onlara işgəncə verilməsi haqda xəbərlər yerli mediada dərc olunur. Həmçinin orta məktəb şagirdlərinin müəllimlərlə kobud rəftarını əks etdirən, dərs davamiyyətinə, etik qaydalara xələl gətirən videogörüntülər də sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olur.

Təhsil müəssisələrində baş verən belə faktlardan biri də TehsilMedia.az-ın redaksiyasına daxil olub. Belə ki, adının açıqlanmasını istəməyən mənbə Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində baş verən dəhşətli faktlar barədə danışıb. Mənbənin iddiasına görə, aprel ayının 19-da Yevlax rayon Qaraməmmədli tam orta məktəbin direktor əvəzi Əliyeva Dilarə Məsim qızı həmin təhsil müəssisəsində biologiya fənnini tədris edən Sevinc müəllimə ilə bərk dalaşıb.

Dava-dalaş o qədər güclü olub ki, hətta direktorun qızı da araya girərək anasına “yardım” edib. Mənbə iddia edir ki, sözügedən məktəbin direktor əvəzi Dilarə Əliyeva və ona köməyə gələn qızı birləşərək Sevinc müəlliməni bərk döyüblər. Hətta onun başına çanta ilə vurmaqdan, təpik atmaqdan və üzərinə stəkanla su tökməkdən də çəkinməyiblər. Deyilən iddialardan da görünür ki, direktor əvəzi müəllim adına yaraşmayan hərəkətləri ilə məktəbdə nizam-intizamın pozulması üçün “əlindən gələni əsirgəmir”. 

Mənbənin məlumatına görə, bu, Dilarə Əliyevanın artıq sayca 5-ci davasıdır. Ümumiyyətlə, onun məktəbin pedoqoji kollektivi ilə kobud rəftarı haqda Yevlağın Qaraməmmədli kəndində hər kəs məlumatlıdır. Lakin təəssüflər olsun ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov  bununla bağlı məlumatlı olsa da, hələlik heç bir tədbir görülməyib.  Ümid edirik ki, qısa zamanda baş verən hadisə ilə bağlı həm Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, həm də Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar araşdırma apararaq günahkarın cəzalandırılması və məktəbdə nizam-intizamın yaradılması üçün lazımı addımlar atacaqlar.

P.S. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir