İqtisadiyyat

Ərdoğan: “Kiçik biznes sahibləri vergidən azad ediləcək”

Sharing is caring!


Evdə istehsal etdiyi məhsulları internet və buna bənzər platformalarda satanlar vergidən azad ediləcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.  

Ərdoğan müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik biznes sahiblərinin vergidən azad olunduğunu qeyd edib.

“Əvvəlki illərdə etdiyimiz tənzimləmə ilə sadə üsulda vergiyə cəlb olunan kiçik biznes sahiblərinin qazanclarını gəlir vergisindən azad etmişdik. Bərbər, dərzi, baqqal, tərəvəz satıcısı, taksi sürücüsü, mikroavtobus sürücüsü kimi işlərlə məşğul olanlar gəlir vergisi ödəmirdi. Hazırda 830 min kiçik biznes sahibi həm gəlir vergisindən azad olunmanın bəhrəsini görür, həm də ƏDV ödəmir.

Bu il də biz mövcud həddi aşdığı üçün əslində vergi tutulması labüd olan kiçik biznes sahiblərinin sadə üsuldan faydalanmasına davam etməsini təmin edirik.

Bundan əlavə, 13 böyük şəhərimizdə 80 min kiçik biznes sahibinin qazancını bu istisnalar siyahısına daxil edirik. Yeni tətbiqin böyük şəhərlərdəki ticarətçilərə xeyirli olmasını diləyirəm.

Ticarət avtomobillərini yeniləmək istəyən sahibkarlara da şad xəbərim var. Şəhərdaxili taksi, mikroavtobuslar, avtobuslar, evakuator biznesi, yük avtomobilləri ilə kommersiya yüklərinin daşınmasını həyata keçirən sahibkarlar eyni tipli nəqliyyat vasitələrini yenilədikləri zaman şəxsi istehlak vergisi ödəməyəcəklər.

Bütün bu məsələlərlə bağlı təfərrüat Xəzinədarlıq və Maliyyə Nazirliyimiz tərəfindən ayrıca açıqlanacaq. Yeni Parlament fəaliyyətə başladıqda bu, edəcəyimiz ilk hüquqi tənzimləmələrdən biri olacaq”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir