Dünya

Məşhur türkiyəli futbolçuya hücum olundu: Həyat yoldaşı ilə birlikdə döyüldü – FOTO/VİDEO

Sharing is caring!


Türkiyə milli komandasının sabiq futbolçusu Oktay Derelioğlu və həyat yoldaşı Başak Derelioğlu hücuma məruz qalıblar.

Cütlük İstanbulun Kadıköy səmtində avtomobillə hərəkət edərkən bir qrup xuliqan tərəfindən ağır şəkildə döyülüb.

Oktay Derelioğlunun idarə etdiyi avtomobili yolun daralması səbəbindən başqa bir avtomobil sıxışdırmağa başlayıb. Maşının içindən çıxan iki nəfər futbolçunun maşınının qabağını kəsib və qəfil hücuma keçiblər.

Oktay Derelioğlu aldığı yumruq zərbələrindən yerə yıxılıb, onu xilas etməyə çalışan Başak Derelioğlu yoldan keçən vətəndaşlardan kömək istəyib.

Ətrafdakıların müdaxiləsindən sonra hücum edənlər polis qüvvələri tərəfindən saxlanılıblar.

Hadisə yerinə gələn təcili yardım qrupları məşhur futbolçunu xəstəxanaya çatdırıblar. İlk müdaxilə zamanı futbolçunun qolunun yerindən çıxdığı, müxtəlif nahiyələrindən xəsarət aldığı müəyyən edilib və o əməliyyat olunub.

Başak Derelioğlu isə polis bölməsində ifadə verib.

Oktay Derelioğlu hücum edənlərin cəzalandırılmasını tələb edib.

Mənbə: Sondakika.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir