Cəmiyyət

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Sharing is caring!


Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti monitorinq zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yevlax rayonu Xanabad kənd sakini İ.Allahverdiyev saxlanılıb.

Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir