Cəmiyyət

Metrodan istifadə edən sərnişinlərin DİQQƏTİNƏ: “BakıKart” terminalları cərəyan keçirir

Sharing is caring!

Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında “BakıKart”ın balansını artıran sərnişinləri elektrik cərəyanı vurub.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda qeyd edilib ki, “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında yerləşən “BakıKart” ödəniş terminallarının qəpik qəbulu hissəsindən elektrik cərəyanı sızır:

“Bilmədən qəpiyi yaxınlaşdırdım, elektrik cərəyanı vurdu, əlimin keyiməsi yarım saata keçdi. Metropolitenin keçid məntəqəsi hissəsində nəzarətçi xanıma bütün terminallarda elektrik cərəyanı sızması olduğunu bildirdim. Səhər saatlarından belə olduğunu, bir neçə dəfə “BakıKart”a bu barədə məlumat verdiyini, lakin heç bir tədbir görmədiklərini bildirdi.

Xatırladım ki, bu ödəniş terminalları 220V elektrik cərəyanı ilə fəaliyyət göstərir, ehtiyatlı olun. Aidiyyəti qurum və şəxslər də yəqin ki, hansısa qəza halı baş verdikdən sonra tədbir görəcəklər”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq. Qurum rəsmisi Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, vətəndaşların şikayəti ilə bağlı məsələ “Bakı Metropoliteni” QSC-nin müvafiq şöbəsinə yönləndirilib.

“BakıKart” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.  

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir