Siyasət

“Tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur” – RƏY + FOTO

Sharing is caring!

“Tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur”.

Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır:

“Tarixdən də bəlli olduğu kimi, XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıblar, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib”.

V.İskəndərov bildirib ki, Vətən müharibəsindəki tarixi zəfərdən sonra yeni reallıqlar yaranıb:

“Həmin reallıqlar fonunda Azərbaycan xalqı zorla didərgin salındığı dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da qeyd edim ki, azərbaycanlıların öz tarixi vətənlərinə, evlərinə qayıdışı dünyadakı təməl insan hüquqlarından biridir. Yəni beynəlxalq hüquq bizim tərəfimizdədir. Didərgin salınmış hər bir azərbaycanlı ailəsinin öz doğma torpaqlarına, o cümlədən Qərbi Azərbaycana qayıtmaq hüququ var. Ermənistan dövləti Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtmaq hüququ”nu tanımağa məhkumdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir