İdman

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”un, “Sabah” “Səbail”in qonağı olacaq

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq.

“Turan Tovuz” doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gələcək. “Ağ-qaralar” 35 xalla üçüncü, bölgə klubu 30 xalla səkkizində pillədə qərarlaşıb.

Günün ikinci görüşündə paytaxt təmsilçiləri qarşılaşacaqlar. Çempionatdakı ardıcıl beş oyunda uduzmayan “Sabah” “Səbail”in qonağı olacaq. “Dənizçilər” 31 xalla beşinci, meydan sahibləri 31 xalla yeddinci sırada yer alıb.

24 fevral (şənbə)

15:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tovuz şəhər stadionu

17:30. “Səbail” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

Qeyd edək ki, XXIV turun “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” matçları fevralın 25-də olacaq. Ötən gün “Kəpəz” “Qəbələ”ni məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir