Dünya

Hindistanda baş verən atışmada azı 13 nəfər ölüb

Sharing is caring!


Hindistanda may ayından bəri etnik münaqişələrin baş verdiyi Manipur əyalətində atışma nəticəsində azı 13 nəfər həlak olub.

Hadisə bazar ertəsi Tenqnaupal rayonunda qeydə alınıb. Polisə hələlik naməlum qalan iki silahlı qrup arasında atışma barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə çatdıqda on üç nəfərin meyitini aşkar ediblər. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, bu günə qədər bölgədəki etnik zəmindəki qarşıdurmalarda ən azı 180 nəfər həlak olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir