Cəmiyyət

Qardaş Türkiyəyə yardım kampaniyasına qoşulan sakin: “İnsanlıq borcumuzdur”

Sharing is caring!

“Ötən gündən qardaş Türkiyəyə yardım kampaniyalarına dəstək oluruq. Bu, bizim insanlıq borcumuzdur”.

Bunu Oxu.Az-a açıqlamasında könüllü yardım edən vətəndaş Sahil Zeynallı deyib.

O bildirib ki, valideyn kimi Türkiyədə baş verən hadisələri ürək ağrısı ilə izləyib:

“Dörd övladım var. O körpələri görəndə dəhşətə gəlirəm. Əlimizdən gələn qədər kömək edirik. Gətirdiyim yardıma 500 təzə gecə geyimi, 54 cüt ayaqqabı, 300 cüt yeni corab, 100 yeni alt geyimi, təmizlik vasitələri daxildir. Bununla yanaşı, ikinci əl qarışıq üst geyimləri də gətirdik. Onlar arasında həm uşaq, həm qadın, həm də kişi üçün geyimlər var”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir