Dünya

Aİ rəsmisi: “Azərbaycanın qadın minatəmizləyənlərinin peşəkarlaşmasına dəstək göstərəcəyik”

Sharing is caring!


“Avropa İttifaqı Azərbaycanın qadın minatəmizləyənlərinin peşəkarlaşmasına dəstək göstərəcək”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: İnnovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, minalar hər kəs üçün dəhşətdir:

“Hətta münaqişədən sonra belə, onun izləri qalır. Bu gün Azərbaycan xalqı minalardan əziyyət çəkir. Hazırda Avropa İttifaqı Azərbaycanın minatəmizləmə sahəsində ən mühüm tərəfdaşı olaraq qalır. Biz minatəmizləmə sahəsində maarifləndirmə, mina qurbanlarına yardım kimi sahələrdə Azərbaycana dəstək göstəririk. UNICEF də bu sahədə böyük rola sahibdir. Aİ ANAMA-ya iki qadın minatəmizləmə dəstəsinə təlim keçmək üçün dəstək göstərib. Çünki qadın minatəmizləmə komandasının olması Aİ-nin təşəbbüsüdür. Biz bundan sonra da qadınların bu sahədə peşəkarlaşmasına, ümumiyyətlə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə dəstək göstərəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir