Dünya

ABŞ-də yeniyetmə 15 ton ağırlığında maşın oğurladı – VİDEO

Sharing is caring!


ABŞ-nin Miçiqan ştatında 12 yaşlı məktəbli 15 ton ağırlığında iriqabaritli yükləyici avtomobili oğurlayıb.

Polis bir saatdan çox müddətdə 15-20 mil/saat (təxminən 24-32 km/saat) sürətlə yeniyetməni maşınla təqib edib. Bu əsnada yeniyetmə onlarla avtomobilə zərər vurub, lakin xəsarət alan olmayıb.

Maşın oğrusunu, nəhayət ki, tutmaq mümkün olub. Polis əməkdaşları onu nəzarətə götürüblər. Məlum olub ki, yükləyici avtomobil liseyin həyətində kilidsiz və nəzarətsiz vəziyyətdə, açarları isə kabinəsində olub. Buna görə də yeniyetmə oğlan maşını oğurlamaq qərarına gəlib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir