İqtisadiyyat

Azərbaycanda “Startap” şəhadətnamələri ən çox kimlərə verilir? – FOTO

Sharing is caring!


Bu günə kimi KOB-lara verilmiş “Startap” şəhadətnamələrinin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib ki, onların da 90%-ə qədəri proqram təminatı və mobil tətbiq vasitələridir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

2023-cü ilin yanvar-mart aylarında mikro və kiçik sahibkarlıq subyektlərinə 10, indiyədək isə 91 ”Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 83-ü mikro, səkkizi kiçik sahibkarlıq subyektidir.

“Startap” şəhadətnaməsi almış KOB subyektlərindən 13-ü qadındır.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edilirlər. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir