Dünya

“Milan” 15 yaşlı futbolçusunu “Fiorentina” ilə matça çağırdı

Sharing is caring!


“Milan”ın baş məşqçisi Stefano Pioli 15 yaşlı hücumçu Françesko Kamardanı A Seriyasının 13-cü turunda “Fiorentina” ilə oyununa dəvət edib. 

Əgər F. Kamarda “Fiorentina” ilə matçda iştirak etsə, o, A Seriyasında meydana çıxmış ən gənc futbolçu olacaq. Artıq futbolçunun adı oyunda iştirak edəcək futbolçuların siyahısına daxil edilib.

Qeyd edək ki, hazırda rekord 15 yaş 274 gündə “Genoa” ilə matçda əvəzedici kimi meydana çıxan “Bolonya”nın müdafiəçisi Uizdomu Ameyuya məxsusdur.

Məlumat üçün əlavə edək ki, Françesko Kamarda “Milan”ın yeniyetmələrdən ibarət komandalarının heyətində ümumilikdə 485 qola imza atıb.

Bu mövsüm Françesko Kamarda “Milan”ın gənclər komandasının heyətində 13 matçda iştirak edib. O, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.

Mənbə: Sport Mediaset

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir