Cəmiyyət

Şəmkirdə kişi evdə yanaraq ölüb

Sharing is caring!


Şəmkir sakini evində yanıq xəsarətləri alaraq ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Elçin Əmir oglu Əliyev yaşadığı evdə huşunu itirərək evdəki qaz sobasının üzərinə yıxılıb. O, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir