İdman

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatına start verilib

Sharing is caring!


Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına start verilib.

Yarış Bakı Şahmat Klubunda təşkil olunub.

Mübarizəyə ilk olaraq kişi şahmatçılar başlayıblar. Onlar bu gün və sabah rapid, noyabrın 26-da isə blits üzrə mükafatçıları müəyyənləşdirəcəklər. Noyabrın 27-29-u aralığında isə qadın şahmatçılar medalçıların adına aydınlıq gətirəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyır. Reqlamentə əsasən, ilk üç yeri tutacaq şahmatçılar ölkəmizi mundiallarda təmsil etmək hüququ qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir